Ana Sayfa > Seçki 2024 > Şirvanda Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert təşkil edilib

Şirvanda Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert təşkil edilib


11-05-2024, 11:07. Yazar: sevinc1
Şirvanda Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert təşkil edilib

Mayın 10-da Şirvan Şəhər İcra Hakimiyyəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin birgə təşkilatçılığı ilə şəhərin Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert proqramı təşkil edilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla sona çatıb.
Geri dön