Ana Sayfa > Özəl > İki ölkə arasında əlaqələrin yeni mərhələsi
İki ölkə arasında əlaqələrin yeni mərhələsi11-05-2024, 00:33. Yazar: sevinc1 |
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Dövlətimizin başçısı mətbuata bəyanatla çıxış edib. Prezident İlham Əliyev çıxışı zamanı bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gün olmasını vurğulayıb. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə də imzalanmışdır. Bu sənədin çox ciddi siyasi sənəd olması və iki dövlətin əlaqələrinin ən yüksək səviyyəyə qaldıran sənəd olması bildirilib. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələrin gələcək əməkdaşlığın perspektivlərini müəyyən etdiyini və Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açıldığını Prezident İlham Əliyev qeyd edib. Prezident İlham Əliyev çıxışı zamanı “Biz bu gün cənab Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələləri müzakirə etdik. Bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədik. Eyni zamanda, bir çox sahələr üzrə aparılacaq işlərə də öz münasibətimizi bildirdik.” – deyə vurğulayıb. İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid də sənədlər olduğu qeyd edilib. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsinin aparıldığı və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilməsi vurğulanıb. Görüş çərçivəsində energetika sektorundakı əməkdaşlıq da geniş müzakirə edilib. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, “Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.” Ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirilib. Əməkdaşlığın bir əlamətdar istiqamətinin də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətinin olması vurğulanıb. Bildirilib ki, “Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək. Bəhruz Ramazanov, YAP Qusar rayon təşkilatının məsləhətçisi. Geri dön |