Ana Sayfa > Siyasət / Özəl > Ürəklərdə yaşayan şəxsiyyət
Ürəklərdə yaşayan şəxsiyyət10-05-2024, 14:15. Yazar: sevinc1 |
“Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm” söyləyən, həyatının mənasını Azərbaycan xalqına, dövlətçiliyinə xidmətdə görən ümummilli lider Heydər Əliyevin ömür yolu əslində əsrlərə sığmayan bir epoxadır. Onun söylədiyi “mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri ilə bir daha bildirirdi ki, hansı sahədə çalışmasından asılı olmayaraq Azərbaycanın adına, vədinə sadiq əsgəri kimi xalqının xoşbəxtliyi, müstəqilliyi naminə hər çətinliyə həmişə hazır olmuşdur. O, heç bir zinətlə ölçülə bilməyəcək qədər qiymətli ideyaları, qətiyyəti, sağlam azərbaycançılıq məfkurəsi ilə Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə, komandan olduğunu əməli fəaliyyəti ilə təsdiqləmiş nadir şəxsiyyət olaraq əbədiyyət yolçusudur. Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi meyillərin və həqiqətin meyarı isə dəyişməz qalır. Odur ki, Azərbaycan xalqının ümummilli lideri, dərin zəkası və rəhbərlik etmək istedadı, uzaqgörənliyi və nüfuzu ilə bütün dünyanı heyran qoymuş ulu öndər H. Əliyev haqqında keçmiş zamanda danışmaq mümkün deyil. H. Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə H. Əliyevin adı ilə bağlıdır. Yeni siyasi kurs və inkişaf perspektivlərini müəyyən edən ümummilli liderin həyata keçirdiyi təcili islahatlar nəticəsində hakimiyyət boşluğu aradan qaldırıldı. Respublikanın müxtəlif bölgələrində baş qaldırmış etnik separatçı qüvvələr qətiyyətlə zərərsizləşdirildi. Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Siyasi diplomatiya təcrübəsi ölkənin xarici siyasətinə tətbiq edildi, bu sahədə inamlı addımlar atıldı. Eyni zamanda, dünyaya səs salan yeni-yeni neft müqavilələri imzalandı, hüquqi-demokratik islahatlar dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi. Bütövlükdə ölkə yeni inkişaf mərhələsinə keçdi. Məhz, Heydər Əliyevin siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. Xalqımız onun bütün mənalı ömrünü xalqının xoşbəxt gələcəyi üçün sərf etmiş, canı qədər sevdiyi Azərbaycanın çiçəklənməsi üçün çalışmış əfsanəvi insanın adı ilə bağlı əziz günü ürəkdən qeyd edir. Yaxın tariximizin son bir qərinəlik dövrünə nəzər saldıqda görürük ki, Azərbaycanın bütün sahələrində qazandığı uğurlar, onun günbəgün artan nüfuzu, sözün əsl mənasında, böyük insan olan Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin xüsusilə təhsilə, elmə, mədəniyyətə olan qayğısı, məktəbə, müəllimə verdiyi yüksək qiymət siyasi xadim, dövlət rəhbəri kimi daim onun fəaliyyətinin ana xəttini təşkil edib. Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqımızın qəlbində əbədiyaşarlıq qazanmışdır. Milyonların ürəyindən gələn bu sözlər ona ümumxalq məhəbbətinin ifadəsi oldu: “Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır. Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Geri dön |