Ana Sayfa > Dünya > Netanyahu:
Netanyahu:10-05-2024, 10:01. Yazar: sevinc1 |
![]() “İsrail ordusu radikal HƏMAS hərəkatının 24 batalyonundan 20-ni məhv edib”. Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib. İsrail hökumətinin başçısı deyib ki, hazırda İsrail ordusunun əsas vəzifəsi HƏMAS-ın Rəfahda olan daha dörd batalyonunu məhv etməkdir. “Buna görə Rəfaha girmək istəyirik, çünki onları orada qoya bilmərik”, - deyə B.Netanyahu söyləyib. B.Netanyahu, həmçinin Rəfahda əməliyyat zamanı İsrailin çox güclü müqavimətlə qarşılaşacağını da qeyd edib, lakin ölkə ordusunun bunun öhdəsindən gələcəyinə əmin olduğunu vurğulayıb. aia.az Geri dön |