Ana Sayfa > Siyasət > Prezident:

Prezident:


8-05-2024, 14:32. Yazar: sevinc1
Prezident:

“Azərbaycanın sərmayəsi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi bir neçə gün bundan əvvəl tam başa çatıb”.

aia.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radev ilə mətbuata bəyanatında deyib.

Bu dəmir yolunun ötürmə qabiliyyətinin bir neçə dəfə artırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş bu layihə bu gün imkanları genişləndirilmiş şəkildə Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti üzrə və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək”.

aia.az
Geri dön