Ana Sayfa > Cəmiyyət > Bakı metrosunda 50-55 yaşlı kişi hər kəsi qorxutdu

Bakı metrosunda 50-55 yaşlı kişi hər kəsi qorxutdu


22-10-2016, 11:01. Yazar: admin


Səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Saat 08.50-də "Həzi Aslanov"dan "Dərnəgül"ə doğru hərəkət edən qatarın "Gənclik" stansiyasında qatardan təxminən 50-55 yaşlı kişi sərnişinlərin köməkliyi ilə huşsuz vəziyyətdə düşürülüb.

Şahidlərin dediklərinə görə, həmin qatarda yaranan sıxlıq sonrası həmin şəxsin halı qəfil pisləşib.

Hadisədən xəbər tutan metro işçisi və polis əməkdaşı dərhal səhhəti pisləşən şəxsə yardım göstərməyə çalışıblar.
Geri dön