Ana Sayfa > Özəl > Bu barədə Rusiyada şəkərin ixracına müvəqqəti qadağa tətbiq edilib

Bu barədə Rusiyada şəkərin ixracına müvəqqəti qadağa tətbiq edilib


3-05-2024, 22:21. Yazar: sevinc1
Bu barədə Rusiyada şəkərin ixracına müvəqqəti qadağa tətbiq edilib

Rusiya hökuməti avqustun 31-dək Rusiya ərazisindən qamış və ya çuğundur şəkərinin və kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa qoyub.Bu barədə Nazirlər Kabinetinin Teleqramında deyilir.

“Rusiya qamış və ya çuğundur şəkərinin və kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa tətbiq edir. Bu barədə qərar imzalanıb”, - məlumatda deyilir.
Müvafiq məhdudiyyətin 31 avqust 2024-cü il tarixinədək qüvvədə olacağı vurğulanır.

Bu addımın daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıdığı dəqiqləşdirilir.Bundan əvvəl Rusiya hökuməti qızılın ixrac rüsumunu ləğv edib.

aia.az
Tərcümə şöbəsi
Geri dön