Ana Sayfa > Ölkə > Gədəbəy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə növbəti tədbir

Gədəbəy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə növbəti tədbir


3-05-2024, 19:16. Yazar: sevinc1
Gədəbəy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə növbəti tədbir

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı Daryurd, İnəkboğan, Moruxlu, Nərimankənd və Böyük Qaramurad kənd ərazi partiya təşkilatlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra rayon təşkilatının sədr müavini Zaur Mehdiyev ulu öndər Heydər Əliyevin həyatı və Onun zəngin irsi barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir.Tarixin ən böyük vətənpərvəri olan ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də, müstəqillikdən sonra ölkəyə rəhbərlik etdiyi müddətdə daima milli-mənəvi dəyərlərimizi yüksək tutub, onların tərənnümünü həyata keçirib.
Rayon təşkilatının məsləhətçisi Xəyyam Vəliyev çıxışında dahi öndər Heydər Əliyevin Azərbaycanın dünəni, bugünü və gələcəyi üçün fenomen bir şəxsiyyət olduğunu bildirib. 

Ərazi partiya təşkilatının sədrləri və digər partiya fəallarının çıxışlarında Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən söz açılıb. Ümummilli lider Heydər Əliyevin zəngin irsindən Onun görkəmli dövlət xadimi kimi xidmətlərindən bəhs edilib.
Vurğulanıb ki,bu gün hər bir Azərbaycan vətəndaşı xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsini mənimsəyir. Çünki Onun bizlərə miras olan zəngin irsi xalqımızın yüz illiklər boyu faydalanacağı bir mənbədir. 

Geri dön