Ana Sayfa > Seçki 2024 > Gədəbəy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsilə tədbirlər davam etdirilir

Gədəbəy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsilə tədbirlər davam etdirilir


3-05-2024, 19:11. Yazar: sevinc1
Gədəbəy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsilə tədbirlər davam etdirilir

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı Arıqıran, Alnabat, Samanlıq və Çanaqçı kənd ərazi partiya təşkilatlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra rayon təşkilatının sədr müavini Zaur Mehdiyev Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib.

Ərazi partiya təşkilatının sədrləri və digər partiya fəallarının çıxışlarında Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən söz açılıb.

Vurğulanıb ki, Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Prezidentimizin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edilib. Biz xalq olaraq dövlətimizlə qürur duyuruq.

Geri dön