Ana Sayfa > Şou-biznes > Mətanət Əsədova:

Mətanət Əsədova:


3-05-2024, 15:29. Yazar: sevinc1
Mətanət Əsədova:

“Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür”.

Lent.az-ın xəbərinə görə, bu fikirləri “Kanal S”də yayımlanan verilişlərdən birində müğənni Mətanət Əsədova səsləndirib.

“Bunları kim edirsə, o şəxsi tanıyıram. Sənət cameəsindəndir. Məni toylardan “vurdurur”. Üzümə gülüb can-can deyir. Amma bilmir ki, mənə etdiklərinin hamısını bilirəm. Mən hər şey çox gözəl bilirəm”, - o bildirib.
Müğənni ona saxta profillərdən təhqir yazanlara xəbərdarlıq edərək, belə iş görənlərin cəzasız qalmadığını vurğulayıb.

“Bu hadisə çoxdan olub. O şəxs uşaq idi. 19-20 yaşı vardı. Onun üzünə baxanda əxlaqdan və tərbiyədən başqa nə desən vardı. O haqqımda sosial şəbəkələrdən paylaşımlar edərək şərh bölməsinə “Mən Mətanəti tanıyıram. Mən Mətanətin filankəsini tanıyıram...”. Söyüşün biri bir qəpik. Necə təhqirlər yazmışdı. Ona 10 dəqiqə vaxtımı ayırdım. Hüquq-mühafizə orqanları onu tapdılar. 6 ay həbsdə yatdı. Bunu ona etdirən adamın adını da çəkdi. Öz sənət yoldaşım imiş”, - deyə əlavə edib.

aia.az
Geri dön