Ana Sayfa > Karusel / Parlament > Azərbaycanda "Analar Günü" təsis oluna bilər
Azərbaycanda "Analar Günü" təsis oluna bilər3-05-2024, 13:09. Yazar: sevinc1 |
Azərbaycanda "Analar Günü"nün təsis olunması məsələsinə baxıla bilər. aia.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir: "Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününü elə “Analar Günü” kimi də qeyd edirik". B.Muradova qeyd edib ki, Azərbaycanda "Analar Günü"nün təsis olunması ilə bağlı bəzən fikirlər səsləndirilir: "Əgər cəmiyyətdə müzakirələr nəticəsində hamı düşünsə ki, biz mütləq belə bir günü qeyd etməliyik, onda biz bu məsələyə baxa bilərik. Lakin hələlik bu məsələ o qədər də intensiv müzakirə edilmir. Hər halda bu qərar cəmiyyətin istəyinə bağlı olacaq". aia.az Geri dön |