Ana Sayfa > Karusel / Siyasət > Hikmət Hacıyev:

Hikmət Hacıyev:


3-05-2024, 12:23. Yazar: sevinc1
Hikmət Hacıyev:

Bu təşəbbüs Aİ və Azərbaycan arasında səmərəli əməkdaşlığın göstəricisidir.

aia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” adlı tədbirdə çıxışı zamanı deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan minalar və partlamamış hərbi sursatlar təhlükəsi ilə üzləşib və bu problem insanların həyatına mənfi təsir edir.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 1.5 milyon mina basdırılıb və ərazinin 12 faizi minalarla çirkləndirilib.

Hikmət Hacıyev qeyd edib ki, minalar məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına və bərpa işlərinin daha sürətlə aparılmasına mane olur.

Prezidentin köməkçisi onu da bildirib ki, Ermənistanın basdırdığı bu saysız-hesabsız minalar humanitar fəaliyyətə ciddi təsir edir. Hikmət Hacıyev qeyd edib ki, beynəlxalq ictimaiyyətin bu prosesdə iştirakı və Azərbaycanla həmrəylik ifadə etməsi çox vacibdir.

Hikmət Hacıyev onu da qeyd edib ki, minaların təmizlənməsi üçün texniki imkanların gücləndirilməsi vacibdir və bu mənada birbaşa maliyyə ianələri zəruridir ki, proses sürətli olsun.

aia.az
Geri dön