Ana Sayfa > Cəmiyyət > Terrorçular İraqda elektrik stansiyasına hücum etdilər: Ölənlər var

Terrorçular İraqda elektrik stansiyasına hücum etdilər: Ölənlər var


21-10-2016, 12:27. Yazar: admin


Cümə günü terrorçuların İraqda elektrik stansiyasına hücumu nəticəsində ən azı 16 nəfər ölüb.

Bu barədə France-Pressə xəbər verir.

Hadisə Kirkur əyalətinin Dibis şəhərində baş verib.

“Terrorçu-kamikadzelər səhər saat 6 radələrində hücum ediblər, 12 iraqlı və dörd iranlı işçi ölüb”, - agentlik şəhər meri Abdulla Nürəddin əl-Salehinin sözlərindən sitat gətirib.

Agentliyin məlumatına görə, elektrik stansiyasının operatoru İran şirkətlərindən biridir.
Geri dön