Ana Sayfa > İdman > II Avropa Oyunlarının keçiriləcəyi şəhər müəyyənləşdi

II Avropa Oyunlarının keçiriləcəyi şəhər müəyyənləşdi


21-10-2016, 12:24. Yazar: admin


2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının məkanı müəyyənləşib.

Report-un məlumatına görə, bu barədə Avropa Olimpiya Komitələrinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında qərar verilib.

50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti oyunlara ev sahibliyi etməsinə dair qərar verilib.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin 12-28 iyununda Bakıda təşkil olunub.
Geri dön