Ana Sayfa > Siyasət / Manşet > Şarl Mişeldən ETİRAF:

Şarl Mişeldən ETİRAF:


1-05-2024, 15:26. Yazar: sevinc1
Şarl Mişeldən ETİRAF:

“Brüsseldə ittifaqa üzv dövlətlər arasında qərarların qəbulu zamanı bəzən ikili standartlar müşahidə olunur”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel etiraf edib.

O, hamıya bərabər münasibət göstərməyə çalışdığını, amma buna görə tənqidə məruz qaldığını vurğulayıb.

“Həmişə çalışmışam ki, hamı bərabər olsun, buna görə də məni tənqid ediblər. Bəzən Brüssel köpüyündə hörmətsizlik və ikili standartlar olur”, - deyə Avropa İttifaqı Şurasının prezidenti bildirib.
Ş.Mişel qeyd edib ki, Avropa Komissiyası siyasiləşmiş qurum ola bilməz, o, neytrallığa və obyektivliyə hörmət etməlidir.

aia.az
Geri dön