Ana Sayfa > Özəl > Polis Tbilisidə etirazçılara qarşı qazdan istifadə edib

Polis Tbilisidə etirazçılara qarşı qazdan istifadə edib


30-04-2024, 23:03. Yazar: sevinc1
Polis Tbilisidə etirazçılara qarşı qazdan istifadə edib

Gürcüstanın hüquq-mühafizə orqanları Tbilisidə parlament qarşısında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edənlərə qarşı bibər qazından istifadə etməyə başlayıblar. Bu barədə TASS məlumat yayıb.Aprelin 30-da günortadan sonra gürcü deputatlar xarici agentlər haqqında qanuna ikinci oxunuşda baxmağa başlayıblar. Qanunvericilər çox vaxt aparan sənədin maddə-maddə müzakirəsini aparmaq niyyətindədirlər. Bununla bağlı iclas növbəti gün də davam edə bilər.

Bir gün əvvəl Gürcüstan parlamentinin hüquq komitəsi xarici agentlər haqqında qanunu ikinci oxunuşda təsdiqləyib. Sənədə baxılması 10 saata yaxın davam edib və iqtidar və müxalifət nümayəndələri arasında atışmalarla müşayiət olunub.

aia.az
Tərcümə şöbəsi
Geri dön