Ana Sayfa > Gündəm > Evinizi kirayə verərkən nəyə diqqət yetirməlisiniz? – VİDEO
Evinizi kirayə verərkən nəyə diqqət yetirməlisiniz? – VİDEO21-10-2016, 10:39. Yazar: admin |
Evin aboyları cırılıb, divarlar yazılıb, parket zədələnib... Bəzi ev sahibləri evi 3 il və ya daha çox müddətə verdiyi kirayişinlərdən bu çatışmazlıqlara əlavə pul tələb edirlər. Adətən tez-tez baş verən belə mübahisələrdə həm ev sahiblərinin, həm də kirayişinlərin bu məsələdə özlərini haqlı çıxardığı məqamlar var. Əmlak eksperti Ramil Osmanlı bildirir ki, əgər ev uzunmüddətli kirayəyə verilirsə mənzilin ilk gündəki kimi qalması qeyri-mümkündür. Mütəxəssis bildirir ki, ev sahibi o zaman kirayinişindən əlavə pul tələb edə bilər ki, o qəsdən maddi zərər verən hadisə törətsin. Məsələn, evi tamamilə su bassın, qonşunun evinin yararsız hala salınmasına səbəb olsun və sair. Ekspert bildirir ki, belə mübahisələrin yaşanmaması üçün ev sahibləri mütləq müqavilə bağlamalıdırlar. Hazırda real mənzərə isə bundan ibarətdir ki, evini kirayəyə verən şəxslərin əksəriyyəti müqavilə bağlamaq istəmirlər. Buna görə belə mübahisələrin hələ davam edəcəyi qaçılmazdır. Geri dön |