Ana Sayfa > Özəl > Keniyada yağış fəlakəti: Bənd uçdu, 42 nəfər öldü
Keniyada yağış fəlakəti: Bənd uçdu, 42 nəfər öldü29-04-2024, 21:02. Yazar: sevinc1 |
Keniyada güclü yağışlar nəticəsində bənd çöküb. Təbii fəlakət nəticəsində 42 nəfər həyatını itirib.Güclü yağışların təsirinə məruz qalan Nakuru bölgəsindəki Mai Mahiu qəsəbəsində bənd çöküb. Nakuru qubernatoru Susan Kihika verdiyi açıqlamada bənd suyunun daşması nəticəsində palçıq altında qalan yaşayış məntəqələrində 42 nəfərin həyatını itirdiyini və xilasetmə işlərinin davam etdiyini bildirib. Bölgədə evləri su basarkən, magistral yolların bağlandığı öyrənilib. Hökumətin şənbə günü verdiyi açıqlamaya görə, əksəriyyəti paytaxt Nayrobidə olan 24 min ev təsərrüfatında yaşayan 130 mindən çox insan ölkədə baş verən qəfil daşqınlar nəticəsində evlərini tərk edib. Keniya Təhsil Nazirliyi davam edən leysan yağışları səbəbindən bu gündən etibarən məktəblərdə semestr tətilinin daha bir həftə uzadılmasına qərar verib. Keniyada baş verən son hadisədən sonra mart-may ayları arasında yağışlı mövsümdə ölənlərin ümumi sayı 120-yə yüksəlib. aia.az tərcümə şöbəsi Geri dön |