Ana Sayfa > Gündəm > Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb
Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb29-04-2024, 18:00. Yazar: sevinc1 |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun 9 fəaliyyət istiqaməti olacaq. aia.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb. Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır: - müvafiq sahədə elmi-praktiki və eksperimental araşdırmalar aparmaq; - müvafiq sahədə elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirmək; - müvafiq sahədə texniki normativ hüquqi aktların layihələrini hazırlamaq; - müvafiq sahədə tədqiqatlar aparmaq; - müvafiq sahə üzrə elmi-metodiki tövsiyələr hazırlamaq; - müvafiq sahədə peşəkar mütəxəssislərin və yüksəkixtisaslı elmi kadrların hazırlanmasını həyata keçirmək; - müvafiq sahənin inkişafı üçün tədbirlər görmək; - Agentliyin, onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin elmi əsaslarının hazırlanmasını həyata keçirmək; - bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. aia.az Geri dön |