Ana Sayfa > Parlament > Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb29-04-2024, 10:24. Yazar: sevinc1 |
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. aia.az xəbər verir ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 450 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Geri dön |