Ana Sayfa > Özəl > Vet.Dr.Təbriz Abdullazadə: "Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir."

Vet.Dr.Təbriz Abdullazadə: "Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir."


27-04-2024, 16:17. Yazar: sevinc1
Vet.Dr.Təbriz Abdullazadə: "Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir."

aia.az xəbər verir ki, bu fikirləri quşçuluq üzrə baytar-həkim Təbriz Abdullazadə baytarlıq günü münasibətilə təbrikdə bildirib. Təbrikdə deyilir: "Həkimlik, şübhəsiz ki, canlılara xidmət etdiyi üçün çox müqəddəs bir peşədir. Heyvanların əhliləşdirilməsi ilə tarixdə öz yerini tutan baytarlıq dünyada ən hörmətli və köklü peşələrdən biridir. Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir.

Əziz dostlar, Ümumdünya Baytarlıq Günü münasibəti ilə bu müqəddəs peşə ilə məşğul olan bütün həmkarlarımı təbrik edir, bu sahədə mənə dəstək olan, ali təhsil müəllimlərimə, xüsusilə, çalışdığım müəssisənin baş baytar həkimi Əkbər Abdullayev və doktor Okan Akyıldız olmaqla hər birinə minnətdarlığımı bildirirəm."

Bizdə öz növbəmizdə bütün baytar həkimləri peşə bayramı münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzu edirəm.
Geri dön