Ana Sayfa > Özəl > Tümen vilayətində İşim çayının səviyyəsi tarixi maksimuma çatıb

Tümen vilayətində İşim çayının səviyyəsi tarixi maksimuma çatıb


26-04-2024, 20:33. Yazar: sevinc1
Tümen vilayətində İşim çayının səviyyəsi tarixi maksimuma çatıb

Tümen vilayətinin Abatskoye kəndi yaxınlığından axan İşim çayında suyun səviyyəsi cəmi 6 saat ərzində demək olar ki, 8 sm artaraq yeni rekord həddə - 1182 sm-ə çatıb .Hidroloji bülletenə görə, hazırda bu göstərici 2017-ci ildən bəri suyun səviyyəsinin 1148 sm-ə çatdığı ən yüksək göstəricidir.

Bundan əvvəl Tümen vilayətinin qubernatoru Aleksandr Mur bildirib ki, İşim çayında suyun səviyyəsi tarixi maksimum 1178 santimetrə çatıb.

Daha sonra Rusiyanın Tikinti və Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin rəhbəri İrek Fayzullin Tümen vilayətinin İşim şəhərindəki bəndə baxış keçirib.

aia.az
Tərcümə şöbəsi
Geri dön