Ana Sayfa > Siyasət > Prezident:

Prezident:


26-04-2024, 15:06. Yazar: sevinc1
Prezident:

“Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”.

aia.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

Keçən ilin martında Berlində, iki ay əvvəl Münhendə Kansler ilə görüşdüyünü xatırladan dövlətimizin başçısı bildirib:

“İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.

aia.az
Geri dön