Ana Sayfa > Karusel / Özəl > Ömrünün 42 ilini rabitə sisteminə həsr edən İNSAN

Ömrünün 42 ilini rabitə sisteminə həsr edən İNSAN


25-04-2024, 15:52. Yazar: sevinc1
Ömrünün 42 ilini rabitə sisteminə həsr edən İNSAN

Bu gün, ömrünün 42 ilini ölkənin rabitə və informasiya texnologiyaları sahəsinə və onun inkişafına həsr etmiş, bir çox beynəlxalq və yerli layihələrdə mütəxəssis kimi sözünü demiş, gənc rabitəçilərin yetişdirilməsində əvəzsiz xidmətləri olan Fəzail Əliyev 61 yaşını qeyd edir.



Fəzail Əliyev 1983-cü ildən etibarən, ölkənini rabitə və telekommunikasiya sahəsinə özünün xüsusi töhfələrini verməkdə davam edir. Azərbaycan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Fəzail Əliyevin rəhbərliyi altında bir çox texnoloji şirkətlər və təşkilatlarda çalışan mütəxəssilər, Azərbaycanın rəqəmsal inkişafına və beynəlxalq arenada rəqabət qabiliyyətinin artmasına töhfələr veriblər. O həm də texnoloji təhsil sahəsində aparılan tədqiqatlarda da müxtəlif vaxtlarda mühüm rol oynayıb. Hal-hazırda “Eurodesign” şirkətində 21 ildən artıqdır ki, ekspert vəzifəsində çalışır.
Xüsusi ilə qeyd etməliyik ki, Fəzail Əliyev İkinci Qarabağ müharibəsinə könüllü surətdə xidmətə yollanmış və “Kəlbəcərin azad olunmasına görə medalı” ilə təltif edilmiş, Sədail Əli və Elçin Əliyevin atasıdır. Atası Ömər Əliyev isə İkinci Dünya müharibəsi veteranı olub.

aia.az kollektivi olaraq Fəzail bəyi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona gələcək karyerasında və informasiya texnologiyaları sahəsindəki yorulmaz fəaliyyətində uğurlar arzu edirik.
Geri dön