Ana Sayfa > Özəl > Zaxarova: Zelenski ukraynalıların həyatını ABŞ vergi ödəyicilərinin puluna dəyişir

Zaxarova: Zelenski ukraynalıların həyatını ABŞ vergi ödəyicilərinin puluna dəyişir


25-04-2024, 13:14. Yazar: sevinc1

Zaxarova: Zelenski ukraynalıların həyatını ABŞ vergi ödəyicilərinin puluna dəyişir

Ukrayna prezidenti Vladimir Zelenski ukraynalıların həyatını ABŞ və NATO ölkələrindəki vergi ödəyicilərinin pulu ilə dəyişir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.Onun sözlərinə görə, Ukrayna lideri ölkədən və vətəndaşlardan ABŞ və NATO ölkələrindən pul və ya xidmət şəklində bonuslar almaq üçün vasitə kimi istifadə edir. Bununla belə, Qərb ölkələrində vergi ödəyicilərinin özləri nə üçün ödədikləri barədə heç bir təsəvvürə malik deyillər, deyə Zaxarova bildirib.

“Bu vəsaitin bir hissəsi, əhəmiyyətli hissəsi isə müvafiq hesablara, Qərbdə bütün bunları onlar üçün təşkil edən və bütün bunları himayə edənlərin müvafiq əllərinə qaytarılır”, - diplomat yekunlaşdırıb.Aprelin 22-də Ukrayna Xarici İşlər Nazirliyi xarici diplomatik qurumlarından hərbi yaşda olan Ukrayna vətəndaşları ilə bağlı bütün konsulluq fəaliyyətlərini dayandırmağı tələb edib. Daha sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ukraynalılar üçün xaricdə konsulluq xidmətlərinin məhdudlaşdırılması dürüst qərardır, çünki xaricdə qalmaq vətəndaşı ölkə qarşısındakı öhdəliklərindən azad etmir.

aia.az
Tərcümə şöbəsi
Geri dön