Ana Sayfa > Özəl > Pentaqon ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürdüyünü təsdiqləyib

Pentaqon ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürdüyünü təsdiqləyib


24-04-2024, 21:33. Yazar: sevinc1
Pentaqon ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürdüyünü təsdiqləyib

Pentaqon təsdiq edib ki, ABŞ prezident Co Baydenin icazəsi ilə ATACMS raketlərini “suveren Ukrayna ərazisi” daxilində istifadə etmək üçün Ukraynaya verib. Raketlərin ötürülməsi Kiyevin tələbi ilə məxfi saxlanılıb, ABŞ Müdafiə Nazirliyi RİA Novosti-yə şərhində bildirib.Agentlik yazır ki, Bayden raketlərin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsinə hələ fevral ayında icazə verib, onlar martda elan edilmiş tədarüklərə daxil edilib və apreldə Ukraynaya gəliblər.Politico daha əvvəl ABŞ-ın gizli şəkildə Ukraynaya Rusiya hədəflərinə qarşı iki dəfə istifadə edilən ATACMS taktiki raketlərini ötürdüyünü bildirmişdi

aia.az
Tərcümə şöbəsi
Geri dön