Ana Sayfa > Ölkə > Sabunçuda açıq ərazidəki yanğın söndürüldü -

Sabunçuda açıq ərazidəki yanğın söndürüldü -


24-04-2024, 16:21. Yazar: sevinc1
Sabunçuda açıq ərazidəki yanğın söndürüldü -


Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində açıq ərazidə başlayan yanğın söndürülüb.

Bu barədə aia.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 14:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

FHN-dən aia.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

aia.az
Geri dön