Ana Sayfa > İqtisadiyyat > AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib
AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib24-04-2024, 10:48. Yazar: sevinc1 |
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Keniya Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan Zakir İbrahimov Azərbaycanla Keniya arasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənməsinin məmnunluq doğurduğunu bildirib. İdarə Heyətinin sədri iqtisadi münasibətlərin inkişafı, xüsusilə dağ-mədən sahəsində əməkdaşlığın qurulması üçün böyük prespektivlərin olduğunu diqqətə çatdırıb. Görüşün davamında Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması istiqamətində görülən işlər haqqında bəhs edib. Yarandığı dövrdən etibarən “AzerGold” QSC-nin beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən Z.İbrahimov fəaliyyətin gələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsinin QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineral resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində olduğuna diqqət çəkib. Keniyanın işgüzar dairələrini təmsil edən qonaqlar kənd təsərrüfatının iqtisadiyyatın lokomotivi olduğunu, buna baxmayaraq metallurgiya sənayesinin, xüsusilə də dəmir filizinin emalının geniş şəkildə təşəkkül tapdığını bildiriblər. Keniyada mövcud olan səpinti qızıl yataqları, o cümlədən mis, sink və digər növ metal resurslarının istismarı istiqamətində əməkdaşlıq perspektivləri, investorlar üçün yaradılan imkanlar, bu istiqamətdə tətbiq edilən stimul, güzəşt və imtiyazlar barədə məlumat verilib. “AzerGold” QSC-nin faydalı təşəbbüslərə, o cümlədən təcrübə mübadiləsinə açıq olduğu diqqətə çatdırılıb. Bu xüsusda dağ-mədən sənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərlə əməkdaşlıq perspektivlərinin tərəflər arasında dəyərləndirilməsinin mümkünlüyü qeyd edilib. Daha sonra leqal mədənçiliyinin təşviqi, mədən layihələrində “yaşıl enerji”, “yaşıl texniologiyalar”ın tətbiqi planları, eləcə də digər qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Geri dön |