Ana Sayfa > Özəl > Peskov: Şoyqu müdafiə nazirinin müavini İvanovun saxlanmasını əvvəlcədən bilirdi

Peskov: Şoyqu müdafiə nazirinin müavini İvanovun saxlanmasını əvvəlcədən bilirdi


24-04-2024, 09:29. Yazar: sevinc1
Peskov: Şoyqu müdafiə nazirinin müavini İvanovun saxlanmasını əvvəlcədən bilirdi

Prezident Vladimir Putinə müdafiə nazirinin müavini Timur İvanovun saxlanması barədə məlumat verilib, müdafiə idarəsinin rəisi Sergey Şoyqunun baş verənlərdən xəbəri var idi.TASS xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Rusiya prezidenti Vladimir Putinə müdafiə nazirinin müavininin saxlanması barədə məlumat verilib”, - Kreml sözçüsü bildirib.Peskovun qeyd etdiyi kimi, Şoyqu “əvvəlcədən məlumatlandırılıb”.

Bir gün əvvəl Timur İvanov xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. 360 telekanalı qeyd edir ki, müdafiə nazirinin müavini 2016-cı ildən bu vəzifədə çalışıb və qoşunların mənzil təminatı, obyektlərin tikintisi və əsaslı təmiri məsələlərinə nəzarət edib

aia.az
Tərcümə şöbəsi
Geri dön