Ana Sayfa > Özəl > Ağ Ev: Ukraynada vəziyyət Kiyevin xeyrinə inkişaf etmir

Ağ Ev: Ukraynada vəziyyət Kiyevin xeyrinə inkişaf etmir


23-04-2024, 21:58. Yazar: sevinc1
Ağ Ev: Ukraynada vəziyyət Kiyevin xeyrinə inkişaf etmir
Ukraynada döyüşlər Kiyevin xeyrinə inkişaf etmir. TASS xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.Agentliyin məlumatına görə, o, ABŞ prezidenti Co Baydenin Vaşinqtondan Tampaya uçan təyyarəsinin göyərtəsində Ukraynadakı vəziyyəti dəyərləndirib.

“Bu, Donbassdakı ukraynalıların xeyrinə inkişaf etmir. Təbii ki, ölkənin qalan hissəsində də”, – Kirbi bildirib.Bundan əvvəl ABŞ-ın Kiyevə bir milyard dollar məbləğində hərbi yardım göndərmək niyyətində olduğu bildirilirdi. Bu paketə nəqliyyat vasitələri, Stinger sistemləri, yüksək mobil raket sistemləri üçün döyüş sursatları, TOW və Javelin tank əleyhinə sistemlər, mərmilər və patronlar daxildir.

aia.az
Tərcümə şöbəsi
Geri dön