Ana Sayfa > İqtisadiyyat > Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır


23-04-2024, 11:42. Yazar: sevinc1
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır.

aia.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.

Bununla yanaşı iclasda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra hər iki məsələ səsverməyə qoyularaq qəbul edilib.

aia.az
Geri dön