Ana Sayfa > Siyasət / Manşet > "İran nə qədər tez düz yola qayıtsa, o qədər yaxşıdır" -

"İran nə qədər tez düz yola qayıtsa, o qədər yaxşıdır" -


23-04-2024, 11:40. Yazar: sevinc1
"İran nə qədər tez düz yola qayıtsa, o qədər yaxşıdır" -

"Parlament tribunasından növbəti dəfə Ermənistana müraciət etməliyik ki, onlar Azərbaycana qarşı düşmənçilik siyasətinə son qoymalıdırlar. Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməlidirlər. Bu ölkənin gələcəyi Azərbaycanla və qardaş Türkiyə ilə dostluqdan keçir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Ermənistanın bir dövlət kimi mövcudluğu, əminamanlıq içərisində yaşamsı qonşuları ilə normal münasibətlər qurmasından keçir:

"Ermənistan xalqı, onların siyasi rəhbərliyi bunu nə qədər tez başa düşsə, bu bölgənin inkişafına bir o qədər böyük təkan verəcək. Həmçinin, İran da Azərbaycana münasibətdə öz siyasətini dəyişməlidir. Onların rəsmiləri, səfirləri Azərbaycan xalqını qıcıqlandıran, münasibətlərə zərər verən açıqlamalardan çəkinməlidirlər. Necə ki, Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü düşmənçilik siyasəti heç bir nəticə vermədi, İranın da Azərbaycana münasibətdə yürütdüyü bəzi hallarda təzyiq, gözdən salma, daxildə ayrı-ayrı qruplar istiafdə etmək məqsədilə müəyyən təxribatlar törətmək cəhdləri heç bir nəticə verməyəcək. İran da nə qədər tez düz yola qayıtsa, o qədər yaxşıdır".

aia.az
Geri dön