Ana Sayfa > Siyasət > "Son 5 ayda Azərbaycanla iki böyük razılaşma əldə etmişik" -
"Son 5 ayda Azərbaycanla iki böyük razılaşma əldə etmişik" -23-04-2024, 09:59. Yazar: sevinc1 |
"Bizim Rusiya Federasiyası ilə birbaşa sərhədimiz yoxdur, lakin təbii ki, Rusiya Federasiyası Cənubi Qafqaz regionunda çox əhəmiyyətli və ciddi oyunçudur". aia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya mediasına müsahibəsində deyib. Baş nazir hesab edir ki, sülhyaratma beynəlxalq ictimaiyyətin, həmçinin investorların maraqlarına uyğundur: "Amma təbii ki, qeyd etmək istəyirəm ki, sülhdən ilk faydalananlar Ermənistan və Azərbaycandır. Və təbii ki, çox nəzəri səslənən bu tezis addım-addım obyektiv ifadə ala bilir. Xüsusilə vacibdir ki, son 5 ayda Azərbaycanla iki böyük razılaşma əldə etmişik. Və onun ifadəsidir ki, son nəticədə sülhdən bəhrələnən Ermənistan və Azərbaycan xalqlarıdır. Bu məntiqlə düşünürəm ki, biz işimizi davam etdirməliyik və ötən cümə günü iki ölkənin demarkasiya komissiyalarının əldə etdiyi razılaşma, belə razılaşmaların özləri sabitliyə töhfə verə bilər". Paşinyan qeyd edib ki, İrəvan demarkasiya prosesində verilən qərarlarla artıq səmimiyyətini göstərib: "Biz səmimiyyətimizi göstərmişik, çünki biz aşağıdakıları da etmişik: qeyd etmişik ki, Ermənistan Respublikası hökuməti öz yurisdiksiyasında addımlar atmağa hazırdır. Azərbaycan kəndlərində, konkret olaraq 4-ə yaxın kənd: Qızıl Hacılı, Xeyrimli, Aşağı Əskipara, Bağanıs-Ayrım kəndləriində insanların yaşaması mümkün olur. Amma onu da qeyd edirik ki, eyni proses nəticəsində Ermənistan Respublikasının Bağanis, Voskepar, Kirants, Berkaber kəndlərində insanların stresssiz həmin öz evlərində yaşaması mümkün olmalıdır. Burada Ermənistan və Azərbaycan hökumətləri nəzəri sülh gündəmini konkret sülh reallığına çevirə bilməlidirlər. Və doğrudur ki, biz bu sahədə lokal məsələ ilə bağlı razılığa gəlmişik. İnanıram ki, bu, həm Ermənistan ictimaiyyəti, həm də Azərbaycan ictimaiyyəti arasında sülhə inamı artıracaq və sonda həm də müəyyən qədər inam toplayacaq. Etiraf edək ki, dərin inamsızlıq var. Həm də demarkasiya komissiyalarının üzvlərinin və molekullarla etimad molekulu yaratmağa çalışan iki həmsədrlərin gördüyü işlərə görə minnətdarlıq etmək istəyirəm. Həmin komissiyalara Ermənistandan baş nazirin müavini Mher Qriqoryan, Azərbaycandan baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir. Mən Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin üç fundamental prinsipi ətrafında sülhün qurulmasına qayıtmaqla bütün məsələlərin həllini nəzərdə tuturam". aia.az Geri dön |