Ana Sayfa > Karusel / Dünya > Hər kəs Fələstinin, ABŞ isə İsrailin yanındadır -
Hər kəs Fələstinin, ABŞ isə İsrailin yanındadır -19-04-2024, 16:15. Yazar: sevinc1 |
İsrail və İran fərqli şeylər deyir. aia.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, həm Tehran, həm də Təl-Əviv müxtəlif mövqelər ortaya qoyurlar: “ABŞ-nin çoxsaylı açıqlamaları göstərir ki, bu dövlət İsrailin yanındadır. Hər kəs Fələstinin, ABŞ isə İsrailin yanındadır. Onsuz da fərqli davranış gözləmirdik”. Xatırladaq ki, İran aprelin 13-də İsrail ərazisinə intensiv raket zərbələri endirib. İsrail isə ötən gecə İrandakı bir sıra obyektlərə hücum təşkil edib. aia.az Geri dön |