Ana Sayfa > Cəmiyyət > Binəqədi yolunda FƏLAKƏT yaşanır - YENİLƏNİB - FOTO

Binəqədi yolunda FƏLAKƏT yaşanır - YENİLƏNİB - FOTO


17-10-2016, 21:11. Yazar: admin
Binəqədi yolunda FƏLAKƏT yaşanır - YENİLƏNİB - FOTO






Aia.Az-ın müxbiri bildirir ki, sözügedən ərazidə vəziyyət gərgin olaraq qalır. Poladtökmə zavodunun yaxınlığında su səviyyəsi artdığına görə yolda hərəkət məhdudlaşıb. Bir neçə maşının mühərrikində ciddi problemlər yaranıb.

----------

17:08

Aia.Az-ın müxbiri bildirir ki, saatlar keçsə də, Binəqədi yolunda müsbətə doğru heç bir dəyişiklik yoxdur. Durumdan bezən daha cəsarətli və çarəsiz sərnişinlər avtobuslardan birbaşa yaranmış gölə enərək piyada mənzil başına çatmağa çalışırlar.

----------

16:14

Bakıda ötən gecədən bəri yağan intensiv yağış Binəqədi yolunda nəqliyyatın hərəkətini iflic edib.

Aia.Az-ın müxbiri bildirir ki, hazırda Binəqədi şosesində tıxac yaranıb. Avtomobillər bir saatdan artıqdır ki, hərəkət edə bilmirlər.
Geri dön