Ana Sayfa > Manşet / Ölkə > 22 yaşlı oğlan 34 yaşlı qadının üzərinə benzin töküb yandırdı -

22 yaşlı oğlan 34 yaşlı qadının üzərinə benzin töküb yandırdı -


19-04-2024, 15:18. Yazar: sevinc1
22 yaşlı oğlan 34 yaşlı qadının üzərinə benzin töküb yandırdı -

Tovuz rayonunda qadının üzərinə benzin tökülərək yandırılıb.

aia.az-ın məlumatına görə, 2002-ci il təvəllüdlü rayon sakini, Röyal Tağıyev 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisə nəticəsində T. Məmmədovanın bədəninin 70-80 faizi 3A dərəcəli yanıq xəsarəti aldığından o, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb./unikal

aia.az
Geri dön