Ana Sayfa > Cəmiyyət > Bakıda sürücü "Mercedes"i "uçurdu - FOTO

Bakıda sürücü "Mercedes"i "uçurdu - FOTO


16-10-2016, 15:53. Yazar: admin
Bakıda sürücü "Mercedes"i "uçurdu - FOTO







Xətai rayonunda "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman işıq dirəyinə çırpılıb.

Aia.az xəbərinə görə, hadisə Nobel prospektində baş verib. Belə ki, 90 XL 389 dövlət qeydiyyat nişanlı, "Mercedes S-Class" markalı avtomobilin sürücüsü Nobel prospekti ilə Bakının mərkəzinə doğru hərəkət edib. Yağışlı hava şəraitində asfalt qatının sürüşkən olduğunu unudan sürücü yüksək sürətlə gələrkən əvvəlcə yolun ortasındakı işıq dirəyinə çırpılıb.

Sonra avtomobil idarəetmədən çıxaraq prospektin əks istiqamətli yoluna çıxıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.


aia.az
Geri dön