Ana Sayfa > Siyasət > "Fransa öz gözündəki tiri görmək istəmir" -
"Fransa öz gözündəki tiri görmək istəmir" -18-04-2024, 16:28. Yazar: sevinc1 |
"Fransa bəzi ölkələri müxtəlif məsələlərdə günahlandırır. Amma öz gözündə olan tiri görmək istəmir. Bu gün Fransa bəlkə də yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır və dənizaşırı departamenti adı altında bu müstəmləkəçə siyasətini aparır". aia.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək" mövzusuna həsr edilmiş elmi konfransda deputat Tural Gəncəliyev deyib. "Beynəlxalq hüquq üzrə təhsil alanda sadəlöhvlük ilə inanırdım ki, beynəlxalq hüquq normalarına böyük ölkələr tərəfindən riayət olunacaq. Amma onu görürük ki, başqalarını insan hüquqlarının pozulmasında ittiham edən Fransa 1873-cü ildə bəri kanak xalqını işğal altında saxlayır. Onların bütün hüquqlarını pozur", - deyə deputat bildirib. aia.az Geri dön |