Ana Sayfa > Ölkə > Şolzun Ukrayna ilə bağlı Çində apardığı danışıqlarda uğursuzluğa düçar olduğu məlum olub

Şolzun Ukrayna ilə bağlı Çində apardığı danışıqlarda uğursuzluğa düçar olduğu məlum olub


18-04-2024, 09:45. Yazar: sevinc1
Şolzun Ukrayna ilə bağlı Çində apardığı danışıqlarda uğursuzluğa düçar olduğu məlum olub



Almaniya kansleri Olaf Şolz və Çin sədri Si Cinpin arasında aparılan danışıqlar xüsusilə uğurlu alınmadı. Bu barədə ARD media qrupuna daxil olan Tagesschau portalı məlumat yayıb.Qeyd olunur ki, siyasətçi Pekini İsveçrədəki konfransda iştirak etməyə razı sala bilməyib. Materialın müəllifinin yazdığı kimi, danışıqlardan sonra Şolz Çin lideri ilə söhbətin “təməl daşının” qoyulduğuna və gələcək müzakirələri asanlaşdıracağına əmin olduğunu bildirib.
Bundan əvvəl Şolz Pekinə səfəri zamanı Çin prezidenti Si Cinpindən Rusiya prezidenti Vladimir Putinə təsir göstərməsini xahiş etmişdi ki, siyasətçi “nəhayət, öz çılğın kampaniyasını dayandırsın, qoşunlarını geri çəksin və bu dəhşətli müharibəyə son qoysun”.

aia.az
Tərcümə şöbəsi
Geri dön