Ana Sayfa > Cəmiyyət > “Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində Xaçmaz və Quba rayonlarında keçiriləcək

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində Xaçmaz və Quba rayonlarında keçiriləcək


17-04-2024, 17:17. Yazar: sevinc1
“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində Xaçmaz və Quba rayonlarında keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə birgə “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir.
Layihənin məqsədi gənc qızların şəxsi inkişafına təkan vermək və eyni zamanda fəallığının artırılmasıdır.
Layihə çərçivəsində ölkəmizdə müxtəlif sahələrdə uğur qazanmış qadınlarla regionlarda yaşayan gənc qızlar arasında TEDx formatında görüşlərin keçirilməsi planlaşdırılır.

aia.az xəbər verir ki, görüşlərin 2024-cü il ərzində Şəki, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində və Quba, Xaçmaz, Şəmkir, Qax, Zaqatala, Masallı rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur.

İlk görüşlər 19 aprel 2024-cü il tarixində saat 11.00-da Xaçmaz şəhər 5 saylı Orta Məktəbdə, saat 15.00-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında keçiriləcəkdir.

Görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Regional İnkişaf İctimai Birliyinin (RİİB), hər iki rayonun icra hakimiyyəti aparatının nümayəndələri çıxış edəcəkdir.

TEDx formatında təşkil olunan görüşlərdə ekspert qismində Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Natavan Məmmədova, Safavy onlayn təhsil platformasının həmtəsisçisi və icraçı direktoru, həmçinin şəxsi inkişaf üzrə mentor Könül Quliyeva çıxış edəcəkdir.

Geri dön