Ana Sayfa > Özəl > Ağ Ev Zelenskinin ABŞ-ın İsrail və Ukraynaya yardımını müqayisə etməsinə cavab verib

Ağ Ev Zelenskinin ABŞ-ın İsrail və Ukraynaya yardımını müqayisə etməsinə cavab verib


16-04-2024, 22:41. Yazar: sevinc1
Ağ Ev Zelenskinin ABŞ-ın İsrail və Ukraynaya yardımını müqayisə etməsinə cavab verib


Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton Ukraynadakı münaqişədə “döyüş rolu” götürmək niyyətində deyil.TASS xəbər verir ki, Kirbi daha əvvəl PBS telekanalına müsahibəsində İsrailin Ukraynadan fərqli olaraq müttəfiqlərindən İranın hücumunu dəf etmək üçün “kağız üzərində deyil” yardım almasından məyus olduğunu bildirən Ukrayna lideri Vladimir Zelenskinin bəyanatını belə şərh edib.Ağ Evin sözçüsü Ukraynadakı münaqişəni “fərqli döyüş” adlandıraraq, ABŞ prezidenti Co Baydenin daha əvvəl Ukrayna torpaqlarında Amerika əsgərlərinin olmayacağını açıq şəkildə dediyini vurğuladı.

Bundan əvvəl Zelenski ABŞ-ın İsrail və Ukraynaya yardımı ayırmaq qərarını biabırçılıq adlandırmışdı.

aia.az
Tərcümə şöbəsi
Geri dön