Ana Sayfa > Özəl > İranın zənginləşdirilmiş urana sahib olması onun nüvə bombası olması demək deyil - Qrossi

İranın zənginləşdirilmiş urana sahib olması onun nüvə bombası olması demək deyil - Qrossi


16-04-2024, 09:38. Yazar: sevinc1
İranın zənginləşdirilmiş urana sahib olması onun nüvə bombası olması demək deyil - Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İran zənginləşdirilmiş uran ehtiyatına malik olsa da, bu, ölkənin nüvə bombasına malik olması demək deyil.

O, BMT Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə deyib ki, agentliyin İranın nüvə silahı proqramına malik olduğuna dair heç bir sübutu yoxdur.

Qrossi İranın zənginləşdirilmiş uran ehtiyatlarını müzakirə etmək üçün yaxın bir neçə həftə ərzində Tehrana səfər etməyi planlaşdırdığını bildirib.

aia.az
Tərcümə şöbəsi
Geri dön