Ana Sayfa > İdman > Arda Turan 230 min avro cərimə ödəyəcək

Arda Turan 230 min avro cərimə ödəyəcək


15-04-2024, 16:40. Yazar: sevinc1
Arda Turan 230 min avro cərimə ödəyəcək

Türkiyə millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Arda Turan yenidən məhkəməyə çağırılıb.

aia.az xəbər verir ki, bu barədə "El Periódico" məlumat yayıb.

Arda Turan 2015-2018-ci illərdə Kataloniya klubunda çıxış edərkən Barselona yaxınlığındakı Espluqes de Lobreqat şəhərində villa kirayələyib. Futbolçu getdikdən sonra ev sahibi onu məhkəməyə verib. O, villasına 230 min avro məbləğində zərər dəydiyini bildirib. Məhkəmə zərərçəkmişin xeyrinə qərar verib. Lakin prosessual pozuntulara yol verildiyi üçün işə yenidən baxılıb. Bildirilir ki, Arda Turan evin təmizliyinə də diqqət yetirməyib.

Yarımmüdafiəçi evə ciddi ziyan vurduğuna görə 230 min avro cərimə ödəyəcək. Bundan əlavə, bütün evin kino, CCTV və səs sisteminin təmiri üçün pul tələb olunub.

Qeyd edək ki, Arda hazırda Türkiyənin "Eyüpspor" komandasına baş məşqçilik edir.

aia.az
Geri dön