Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb

Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb


15-04-2024, 10:47. Yazar: sevinc1
Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb

Polis əməkdaşları həftəsonu ölkə ərazisində 49 kiloqram narkotik aşkarlayıblar.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 13-də və 14-də ümumi çəkisi 49 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - beş kiloqrama yaxın heroin, 39 kiloqrama yaxın marixuana və beş kiloqrama yaxın metamfetamin olub.

aia.az
Geri dön