Ana Sayfa > Ölkə > Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı


15-04-2024, 09:32. Yazar: sevinc1
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı

13-14 aprel tarixlərində ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

aia.az
Geri dön