Ana Sayfa > Dünya > Pakistanın şimal-qərbində 88 terrorçu məhv edilib

Pakistanın şimal-qərbində 88 terrorçu məhv edilib


12-04-2024, 09:00. Yazar: sevinc1
Pakistanın şimal-qərbində 88 terrorçu məhv edilib

Pakistanın təhlükəsizlik qüvvələri yanvar ayından bəri ölkənin şimal-qərbindəki Xeybə-Paxtunxva əyalətində azı 88 terrorçunu məhv edib.

Bu barədə polisin regional baş direktoru Axtar Hayat Xan məlumat verib.

Birinci rübdə keçirilən antiterror əməliyyatları zamanı hüquq-mühafizə orqanlarının dörd əməkdaşı öldürülüb.

Xanın sözlərinə görə, Xeybər-Paxtunxvada əcnəbi vətəndaşlar üçün təhlükəsizlik tədbirləri Çin texniki işçilərinə intihar hücumundan sonra əhəmiyyətli dərəcədə gücləndirilib.

aia.az
Geri dön