Ana Sayfa > İqtisadiyyat > FED ilin sonu faizləri artıracaq
FED ilin sonu faizləri artıracaq14-10-2016, 21:33. Yazar: admin |
ABŞ-da pərakəndə satışlar 0.6% ilə gözləntini qarşılayıb. İqtisadçılar da pərakəndə satışların 0.6% artacağını proqnozlaşdırırdılar. Aia.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyindən məlumat verilib. Avtomobil və enerji xərcləri, xaric pərakəndə satışlar isə sentyabr ayında 3 faiz artım qeyd edib. Gözlənti göstəricinin 3% artacağı istiqamətində idi. ABŞ-da pərakəndə satışlar avqust ayında beş aydan bəri ilk dəfə geriləmişdi. ABŞ-da istehsalçı qiymətləri indeksi də sentyabrda gözləntini aşıb. ABŞ-ın Əmək Nazirliyinin məlumatlarına görə, indeks aylıq 0.3% artıb, illik artım isə 0.7% olub. Gözlənti aylıq 0.2%, illik 0.6% artım olacağı istiqamətində idi. Keçən ay 0.1% artan ərzaq və enerji qiymətləri xaric baza indeks 0.2% artıb. aia.az Geri dön |