Ana Sayfa > Karusel / Təhsil > DİM düzgün cavabları açıqladı

DİM düzgün cavabları açıqladı


8-04-2024, 17:06. Yazar: sevinc1
DİM düzgün cavabları açıqladı

Aprelin 7-də keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

DİM-dən aia.az-a bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

aia.az
Geri dön