Ana Sayfa > Aia TV > Marneulidə saxlanılan azərbaycanlılarla bağlı yeni xəbər
Marneulidə saxlanılan azərbaycanlılarla bağlı yeni xəbər14-10-2016, 21:18. Yazar: admin |
Bu gün Rustavi Şəhər Məhkəməsində Marneuli seçki dairəsinin 48 nömrəli Qızılhacılı seçki məntəqəsində baş verən qarşıdurma ilə bağlı məhkəmə iclası başa çatıb. Aia.Az APA-ya istinadən xəbər verir ki, saxlanılan 6 nəfərin qohumları və kənd sakinləri məhkəmə binası ətrafına toplaşıblar. Onlar saxlanılan şəxslərin cərimə ödənilib azad olunmasını tələb ediblər. "Burçuladze-Xalq üçün" partiyasından parlament seçkilərində namizəd irəli sürülən İsrafil Bayramov APA-ya açıqlamasında məhkəmə prosesinin dekabrın 6-da keçiriləcəyini bildirib. O, məhkəmədə gənclərin cinayət törətmələri barədə iddiaların təsdiqini tapmadığını qeyd edib: "Məhkəmədə faktlar təsdiqlənməyib. Ona görə də təkrar iclas dekabrın 6-da olacaq". İ. Bayramov azərbaycanlı gənclər barədə 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyini bildirib. Qeyd edək ki, onlar oktyabrın 13-də yaşadıqları Qızılhacılı kəndində saxlanılıb. aia.az Geri dön |