Ana Sayfa > Özəl > Kursk yaxınlığındakı keçmiş içki zavodunda PUA-nın hücumundan sonra yanğın baş verib
Kursk yaxınlığındakı keçmiş içki zavodunda PUA-nın hücumundan sonra yanğın baş verib8-04-2024, 09:11. Yazar: sevinc1 |
Ukrayna Silahlı Qüvvələri (AFU) Kursk vilayətinin Quevo kəndinə pilotsuz uçan aparat vasitəsilə hücum edib, nəticədə keçmiş içki zavodunun ərazisində yanğın olub. Yanğın söndürülüb, vilayət qubernatoru Roman Starovoyt öz Telegram kanalında bildirib. "Bu gecə Ukraynaya məxsus pilotsuz uçan aparat Sudjanski rayonunun Quevo kəndi yaxınlığındakı keçmiş içki zavodunun ərazisinə partlayıcı maddə atıb. Fəaliyyətsiz zavod klubunun binasında baş verən yanğın dərhal söndürülüb", - o yazıb. Qubernatorun sözlərinə görə, fövqəladə vəziyyət nəticəsində xəsarət alan olmayıb. aia.az tərcümə şöbəsi Geri dön |